Günün aktual məqalələri

Loading... Yüklənir...

19 May 2007

Scientists beat internet speed record

Japanese researchers have sent data over the internet at a speed of 9.08GB/s - which would allow a user to download a film in 4 seconds

İT (İnformasiya Texnoloqiyaları) və onların inkişafı bu zamanda hər bir ölkənin strateji planlarının əsasında olmalıdır. Bu addımların düzlüyundən asılı olaraq həmin ölkə 21ci əsrdə özünü ya yuxarıda ya da aşağıda tapacaq. Avropada, Asiyada, Amerikada çox ölkələr bunu başa düşüb, bu sahəyə külli miqdarda pul yatırımı edib. Düzdür, bu proyektlərdən qazancları xərclərindən qat-qat daha çoxdur. Demək olar İT qərbdə hər adamın həyat tərzin kökündən dəyişib. Məsələn, mən alış-verişimin çox hissəsin internet vasitəsi ilə edirəm, vergiləri, komunal xismətlərinin hesabını, qatar biletlərini, kirayə maşını və başqa-başqa şeyləri internetlə ödüyürəm və alıram. İşə çıxmadıqda internet vasitəsi ilə evdən ofisə qoşulub sanki orda imiş kimi işləyirəm. Hətta televizoru ve radiyoyu belə internet vasitəsi ilə izləyirəm.

Beləliklə bu texnoloqiyaların istifadəsi dövlət üçün çoxlu iş yeri açıb, bizneslər üçün yeni imkanlar və yüksək effektivlik gətirib. Bunu daha da inkişaf etdirmək üçün hamının internetə qoşulması üçün əlindən gələnin edir, subsidiyalar ayırır, havayı İT kursları açır. İngiltərədə aylıq 8Mb/s internet sürətli paket cəmisi 7-8 funtdur (15 dollara yaxın).

Çox əfsuslar olsun ki, Azərbaycan bu istiqamətdə nəinki az iş görür, hətta çox zaman əks tərəfə gedir. Son on ildə bu səmtdə elə də bir inkişaf görməmişəm. Hamınız Skype proqramı haqqında eşitmisiz, bəlkə o proqramın 2.9 milyard dollar həcmində Ebay tərəfindən alındığın da bilirsiz. Onun yaradıcıları isə Estoniyadan bir neçə proqramçıdır. İndi onlar orda çox böyük offis açıblar və təbii ki Estoniyaya külli miqdarda gəlir gətirirlər. Və ən əsası da budur ki, onlar bu qədər pulu heç bir xammal xərcləmədən qazanıblar, tamamilə beyn zəhmətlərinin məhsuludur.

No comments: