Günün aktual məqalələri

Loading... Yüklənir...

2 December 2007

Seçilmiş məqalələr

Bu bloqu mən maraqlı bildiyim informasiya ilə paylaşmaq üçün qurdum. Vaxtım az olduğumdan tez-tez yaza bilmirəm. Amma mənim yazmağım vacib deyil, paylaşmam vacibdir. Bunu nəzərə alaraq bloquma yeni bölmə elavə etdim: gündəlik oxuduğum və seçdiyim məqalələr guşəsi.

Beləliklə nə zaman maraqlı və uyğun bir məqalə oxusam, onu sizin ilə paylaşacam. Bu bölməni vacib bildiyimdən saytın en yuxarı hissəsinə yerləşdirdim. Orda gündə bir-neçə məqalə olur, istəsəniz bütün arxivi də burda görə bilərsiniz.

Ümidvaram sizə də maraqlı gələr. Çox maraqli bilsəniz onlara RSS ilə (bunun nə oldugunu əvvəlki postda izah etmişdim) də yazıla bilərsiniz.

Internetdən necə faydalanmalı

İnternet və İnformasiya texnoloqiyaları bizim həyatımıza getdikcə daha da çox yer alırlar. Onlara sərf etdiyimiz vaxtdan daha da səmərəli istifadə etmək üçün bir neçə məsləhət vermək istəyirəm.

  • Emayllarınızı orda-burda yerləşdirməkdən əl çəkin. Mənim öz serverim də olub, şirkətlərdən də email almişam, amma indi google mail istifadə edirəm və hamınıza da məsləhət görürəm. 5Gb dan çox yer verilir, dünyanın hər yerindən asanlıqla məktubları oxumaq olar, çox tez işləyir, kompyuterinizə bir-şey olsa da bilginizdən heç nə itməyəcək,..., bir sözlə başınız az ağrayacaq.

    İstəsniz, yahoo, msn, hotmail tipli nəhəng servislərdən də istifadə etmək olar, amma balaca mail.ru, bakililar.az, inbox.az, box.az kimi servislərdən istifadə etməklə özünüzü riskə altına salırsıniz.

  • Hər halda sizin də tez-tez getdiyiniz və sevdiyiniz saytlar var. Hər gün onları bir-bir dolanıb təzə bir xəbərin olub-olmamasını yoxlayırsınız. Bunu asanlaşdırmaq üçün RSSdən istifadə edin.

    Bir dəqiqə. RSS nədir axı? Gəlin sizə bir misal gətrim. Biri var gedib hər gün qazeti özünüz dükandan alasınız, ya da ki, abünə olun, onda qazetlər ozü sizə gələcək. RSS də elə abunə yoludur. Sevdiyiniz saytlardakı yeniliklər özləri sizə gələcək.

    Bunun üçun RSS oxuyan bir proqram qurun, ya da ki mənim kimi Google Reader servisindən istifadə edin. Bu yolla siz ən azı iki-dəfə daha səmərəli vaxt kecirəcəksiniz, bütün sevdiyiniz saytlar hamısı bir yerdə olacaq. Hər hansı birisində yenilik gəlincə həmən sizin Google Reader ekraninizda peyda olacaq.

    Bu sayta da yazıla bilərsiniz. RSS ( bəzən Atom da deyirlər) adresimizi bu səhifənin aşağısındə tapa bilərsiniz.

Hələlik bunları dənəyin. Gələcəkdə, başqa məsləhətlərimlə də sizin ilə paylaşaram.