Günün aktual məqalələri

Loading... Yüklənir...

30 May 2007

Yeni Texnoloqiyalar

Bir neçə gün əvvəl yüksək sürətli internetin vacibliyindən yazmışdım. Bu gün isə sizə son İT texnoloqiyalar barədə yazmaq istəyirəm. O qədər yenilik var ki, sonsuz danışmaq olar. Amma mən sadəcə ikisndən yazacam.

Google Street View

Google map - online xəritə servisidir. Avropa, Yaponiya və Amerikanın bütün yol xəritələrindən başqa dünyanın hər nöqtəsinin aero şəkilləri də vardır. Yerdən yerə asılı olaraq şəkillərin detalları dəyişir. Məsələn, böyük şəhərlərdə hətta ayrıca insanları da görmək olar.

Bu gündən isə Google Street View servisi də onlara əlavə olundu. Onun haqqında yazmağdansa, ən yaxşısı sizə onun işləmə videosun göstərim.




bu linkdə isə siz bu texnloqiyanı yoxlaya bilərsiniz.

Microsoft surface

Bu texnolqiyanı haqqında da yazmağa söz tapa bilmirəm. Ən yaxşısı özünüz baxın:







Bunlar, fantaziya deyil, reallıqdır. Amma təəsüf ki, Azərbaycan üçün hələ də fantaziya, amma Qərb üçün reallıqdır.

27 May 2007

Şıxəli Qurbanov


Bu günlərdə Şıxəli Qurbanov haqqinda bir-neçə meqalə oxudum. Sözün doğrusu çox təəssüratlandım. Çirkli sistemdən də təmiz insan çıxa bilər. Düzdür sistem öz "səhvini" sonunda yox elədi. Amma yenədə.

Onun haqqında bir neçə məqaləyə linklər aşağıda tapa bilərsiz

Linklər:

25 May 2007

Hugo Chavez

Hugo Çavez, Venesualanın prezidenti bütün dünyada cəsarəti və imperializmə qarşı mübarizinə görə tanınır. Venesuela dünyanın 5ci neft eksportyorudur və bir vaxta qədər xarici kapitalistlərin əlində idi. Çavez hakimiyyətə gələndın ölkəsini bu çirkliklərdən təmizlədi, bütün neft sektorunu milliləşdirdi. Xalqın güzəranı düzəldi və hal hazırda sürətlə inkişaf edirlər.

Bunlar onun imperializmə qarşı olan nitqlərinin videosudur.
"You are donkey Mr. Bush"


"Here stood devil"


"Hugo Chavez and Geroge Bush on Terrorism"

20 May 2007

İtalians and Europeans

Bir neçə il əvvəl bizim aramızda "Azerbaycan və Avropa" adlı flash çox populyar idi. Həmin flash əslində Bruno Bozzettinin "İtalyanlar və Avropalılar" adlı flashinin remeyki idi.

İtalyanları bilmirəm, amma bu videonu bizə 100% aid etmək olar. Buyurun baxın.
İtalians and Europeans

19 May 2007

Scientists beat internet speed record

Japanese researchers have sent data over the internet at a speed of 9.08GB/s - which would allow a user to download a film in 4 seconds

İT (İnformasiya Texnoloqiyaları) və onların inkişafı bu zamanda hər bir ölkənin strateji planlarının əsasında olmalıdır. Bu addımların düzlüyundən asılı olaraq həmin ölkə 21ci əsrdə özünü ya yuxarıda ya da aşağıda tapacaq. Avropada, Asiyada, Amerikada çox ölkələr bunu başa düşüb, bu sahəyə külli miqdarda pul yatırımı edib. Düzdür, bu proyektlərdən qazancları xərclərindən qat-qat daha çoxdur. Demək olar İT qərbdə hər adamın həyat tərzin kökündən dəyişib. Məsələn, mən alış-verişimin çox hissəsin internet vasitəsi ilə edirəm, vergiləri, komunal xismətlərinin hesabını, qatar biletlərini, kirayə maşını və başqa-başqa şeyləri internetlə ödüyürəm və alıram. İşə çıxmadıqda internet vasitəsi ilə evdən ofisə qoşulub sanki orda imiş kimi işləyirəm. Hətta televizoru ve radiyoyu belə internet vasitəsi ilə izləyirəm.

Beləliklə bu texnoloqiyaların istifadəsi dövlət üçün çoxlu iş yeri açıb, bizneslər üçün yeni imkanlar və yüksək effektivlik gətirib. Bunu daha da inkişaf etdirmək üçün hamının internetə qoşulması üçün əlindən gələnin edir, subsidiyalar ayırır, havayı İT kursları açır. İngiltərədə aylıq 8Mb/s internet sürətli paket cəmisi 7-8 funtdur (15 dollara yaxın).

Çox əfsuslar olsun ki, Azərbaycan bu istiqamətdə nəinki az iş görür, hətta çox zaman əks tərəfə gedir. Son on ildə bu səmtdə elə də bir inkişaf görməmişəm. Hamınız Skype proqramı haqqında eşitmisiz, bəlkə o proqramın 2.9 milyard dollar həcmində Ebay tərəfindən alındığın da bilirsiz. Onun yaradıcıları isə Estoniyadan bir neçə proqramçıdır. İndi onlar orda çox böyük offis açıblar və təbii ki Estoniyaya külli miqdarda gəlir gətirirlər. Və ən əsası da budur ki, onlar bu qədər pulu heç bir xammal xərcləmədən qazanıblar, tamamilə beyn zəhmətlərinin məhsuludur.