Günün aktual məqalələri

Loading... Yüklənir...

29 April 2007

Another Conspiracy?? New Middle-East Project


The term “New Middle East” was introduced to the world in June 2006 in Tel Aviv by U.S. Secretary of State Condoleezza Rice in replacement of the older and more imposing term, the “Greater Middle East.”

This shift in foreign policy phraseology coincided with the inauguration of the Baku-Tbilisi-Ceyhan (BTC) Oil Terminal in the Eastern Mediterranean....

Here is the full article

Below is the link to the original article in US Military Journal where the map above appeared first. Excerpt from the article will give an idea about its contents.

"Oh, and one other dirty little secret from 5,000 years of history: Ethnic cleansing works."

28 April 2007

Almas İldırım - çoxumuza naməlum gözəl şairimiz

Bu yaxınlarda bizim daha bir gözəl şairimiz barəsində öyrəndim. Onun faciəli taleyi Sovet Hökümətinin sındırdığı yüz-minlərlə həmvətənlərimizin taleylərdən biridir. O, bu gözəl sətrlərin sahibi, Almas İldırımdır:
Mənim imanım bir, eşqim, özüm bir,
Bir çeşmədən axdım, qaynar gözüm bir,
Türk oğlu türkəm mən, mərdəm, sözüm bir,
Yol ver, yol ver, öz yurduma gedəm mən!

Onun həyatı haqqında qısaca, burdan götürdüyüm məlumat:

O, 1907-ci ildə Bakının qədim Çəmbərəkənd məhəlləsində tacir ailəsində anadan olmuşdur. Onun adını atası Əbdülməhəmməd kişi Əbdülhəsən qoymuşdu. Lakin oğlunu öz atasının adı ilə "Almas" çağırarmış. Tale elə gətirib ki, sonralar hamı ikinci ada üstünlük verib. Şeir yazmağa başlayanda İldırım təxəllüsünü qəbul edən gənc "Almas İldırım" kimi tanınmağa başlayıb.

O zaman Bakıda "İttihat" adlı məktəb fəaliyyət göstərirdi. İran hökuməti tərəfindən maliyyələşdirilən bu məktəbdə dərslər Azərbaycan dilində keçirilsə də onun proqramında fars dili geniş yer tuturdu. 1925-ci ildə bu məktəbi bitirən Almas İldırım sonra Abdulla Şaiqin məktəbində oxuyub. O vaxt bu məktəb müəllimlik sənəti üzrə mütəxəssislər hazırlayırdı. Məktəbdə dərs deyən müəllimlər arasında Abdulla Şaiqin özü, Seyid Hüseyn və başqa məşhur ziyalılar var idi. Məktəbdə oxuyarkən dövrü mətbuatda şeirləri ilə çıxış edən Almas İldırım 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olub. Lakin burada təhsilini tamamlamaq ona qismət olmayıb. Tacir övladı olduğunu bəhanə gətirərək gənc tələbəni ali məktəbdən qovublar. O dövr çox ağır və müəmmalı idi. Kimin dost, kimin düşmən olduğunu ayırd etmək müşkülə dönmüşdü. İnsanları, şəxsiyyətləri, xüsusilə də işıqlı ziyalıları sıradan çıxarmaq üçün onlara ya "xalq düşməni", ya da "millətçi" damğası vuraraq gedər-gəlməzə göndərirdilər. Bir faktı xatırlayaq ki, Almas İldırım Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Cavid, Seyid Hüseyn, Cəfər Cabbarlı, Abdulla Şaiq, Tağı Şahbazi, Hacıkərim Sanılı kimi qələm sahibləri ilə birlikdə ədəbi fəaliyyətlə məşğul olurdu. Almas İldırım yurduna bağlı, vətənini, millətini çox sevən istedadlı qələm sahibi idi. Lakin o dövr cəmiyyətdə gedən münaqişələr onun da taleyinə çox əzablı məqamlar bəxş etdi. Ona əvvəlcə, "millətçi" damğası vuraraq Dağıstana sürgün etdilər. Bununla yanaşı Almas İldırımı "xırda burjua" yazıçısı adlandıraraq Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən xaric etdilər. O dövrdə millətinə qənim kəsilənlər kimlərinsə xoşuna gəlmək üçün söyləyirdilər. "Almas kimilərinin başları sovet çəkici ilə əzilməlidir". Bu cür mənəvi terror sonralar qəfildən Cəfər Cabbarlının ürəyini susdurdu, Mikayıl Müşfiqi, Hüseyn Cavidi... zindanlara saldırdı.

Dağıstandan sonra onu Türkmənistana sürgün ediblər. Ömrü-günü qəriblikdə keçib. Müxtəlif ölkələri dolaşıb. Amma öz doğma yurduna dönə bilməyib. Dəhşətlisi odur ki, şairi heç harda rahat buraxmırdılar. O dövrün mətbuatında Almas İldırımın ünvanına nələr yazmırdılar. Onu gah "sinfi düşmən şairi", gah da "burjua tör-töküntüsü" adlandırırdılar. Bütövlükdə onun bütün fəaliyyəti nəzarətə alınmışdı. Doğrudur, Almas İldırım ona qarşı olan hücumlara mətbuatda cavab verirdi. Amma onun harayı eşidilmirdi. Uzun müddətdən sonra şairin son pənah yeri Türkiyə oldu. Şair bu seçimində yanılmamışdı. Burada onun həyat tərzi tədricən sahmana düşdü.
Almas İldırımın çətin günlərinin dayağı ömür-gün dostu Zivər xanım olub. O qürbət ellərdə üzləşdikləri çətinlikləri birlikdə dəf etməyə çalışıblar. Onların 1936-cı ildə əkiz oğlanları dünyaya gəlmişdi. Təəssüf ki, uşaqlar erkən dünyalarını dəyişmiş, valideynlərin ürəyinə övlad dağı vurmuşdular. Cəmi 45 il ömür sürmüş Almas İldırım ömrünün 17 ilini Şərqi Anadolunun əyalət şəhərlərində yaşadı. Müxtəlif idarələrdə kargüzarlıqla məşğul oldu. Hətta bir müddət müəllimlik də etmişdi. Ömrü boyu "Azərbaycan, mənim baxtsiz anam oy!" deyərək həsrətlə haraylamışdı. 1952-ci ildə vəfat edən Almas İldırımdan üç övlad yadigar qalmışdır.

Aşağıda şairin vətən həsrəti ilə yazdığı şeirlərdən bir neçəsini diqqətinizə çatdırırıram.

Dağlar

Əzəldən can deyərək bu sevdalı ölkəyə,
Hər qadasın aldığım sənə əyan, a dağlar.
Oxşarkən hər dərdini söz verdim ölüm deyə,
Onunçün bu çəkdiyim dərd bipayan, a dağlar...
Doğma yurdu tərk edib atıldım diyar-diyar,
Görmədim şikəstə qəlb oxşayacaq bir bahar.
Döndü hər düşmən oldu dost denilən hər nə var,
Sən gəl öz dostluğunda möhkəm dayan, a dağlar.

Of Bakı... bu ayrılıq mənə ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağır.
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır;
Bu boğulan səsimi varmı duyan, a dağlar?
Hicrinə tab edərsəm, dağları dələcəyəm,
Bir qanlı Sezar kimi mən yenə gələcəyəm,
Bir gün İldəgiz kimi hayqıra biləcəyəm,
Artıq oyan, a dağlar, artıq oyan, a dağlar!..

Bir gün gələr qoşaraq yurdumun harayına,
Mən atəş açacağam düşmənin sarayına;
Nə düşər yurdu batmış bir igidin payına?
Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar!..


Azərbaycan, mənim baxtsız anam oy!..


Harda məni gül qoynunda doğuran,
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam!" çağıran
Azərbaycan, mənim baxtsız anam oy!...
Neçə ildir həsrətində yannam oy!..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!..
Hökm etsə, bu sərsəm gediş dursa oy!..
Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!..
...
Azərbaycan, mənim tacım, taxtım oy!...
Oyanmazmı kor olası baxtım oy?!

Qara dastan

Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dovlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Dörd bir yana dağılmış türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda izi qalmış al qanlar,
Ordulara buyruq verməz İlhanlar,
Harda qalmış "set"lər yıxan fərman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey...
Qoca türkün düşdüyü hal yaman hey...


Qazan, Başqırd batmış, Krım sürülmüş,
Mənim çəkik gözlü yarım sürülmüş,
Qohum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca türkün düşdüyü hal yaman hey...


Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, özbək adlanır,
Azəri türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey,
Qoca türkün düşdüyü dərd yaman hey...


Keçən çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey... səslənir Amudərya duyulmaz,
Sırdəryada qalmamışdır dərman hey...
Qoca türkün düşdüyü dərd yaman hey...


Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar Altın Ordu yerinə,
Aral da öz varlığından peşman hey...
Qoca türkün düşdüyü dərd yaman hey...

Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə Turan hey...


Almas İldırım haqqında daha ətaflı məlumat üçün linklər.


26 April 2007

Суверенитет кончился

Aşağıdakı məqalələr, Amerika ve Rusiya arasında dünya qaz və neft resurslarının kontrolu üçün gedən mübarizə barədə yazır. Bizə aid olanı odur ki, onlar oyun oynayırlar, top isə bizik. Hər ikisi də öz maraqların güdür. Ona görə biz bu oyunda bu qarşıdurmadan düz istifadə edib bacardiğımız qədər öz oyunumuzu oynamalıyıq, öz maraqlarımızı özümüz güdməliyik və heç kimə bel bağlamamalıyıq.

Вчера США нанесли очередной удар по старому миропорядку. Юридиче­ский комитет сената поддержал законопроект, который запрещает ино­странным государствам создавать неф­тегазовые картели, вступать в ценовой сговор и ограничивать продажу энергоресурсов на мировом рынке...

Осень 2006 г. сенатор Лугар, напомним, заявил, что прекращение поставкок газа в любую европейскую страну может привести к человеческим жертвам и экономическим потерям отнюдь не меньшим, чем при боевых действиях. А потому такой случай Лугар призвал считать военным нападением или угрозой оного для одного из членов НАТО, что по 5-й статье Вашингтонского договора о создании Североатлантического блока требует ответных действий НАТО в отношении того, кто прекращает поставку "голубого топлива"...

"...развал СССР был спровоцирован умелой политикой алминистрации США рейгановской поры. Именно американцы, а не мы, стали рассматривать энергоносители как оружие, как рычаг политики. Чтобы вызвать экономический кризис в Советском Союзе (чьи последние вожди допустили чересчур большую зависимость страны от сырьевого экспорта), янки предприняли титанические усилия к тому, чтобы сбить высокие цены на нефть, державшиеся в 1973-1985 гг. (Второй целью был срыв строительства экспортных газопроводов "СССР-Западная Европа"). Американцы добились своего в 1985-м, когда Саудовская Аравия резко увеличила добычу и цены на нефть рухнули втрое к исходу 1986 г."

Каспийско-туркменское направление: борьба неминуема

Запад непременно сделает попытку посулить Ашхабаду миллиардные инвестиции в газодобычу и соблазнить его на участие в проекте "Набукко". То есть - в прокладке газопровода по дну Каспийского моря в Турцию, а через нее - и в Европу. В обход русских просторов.

Задача Москвы - сорвать такой проект. Для этого РФ должна поставить Туркмению в число своих внешнеполитических приоритетов. В пределе нам необходимо иметь в Ашхабаде полностью дружественный себе режим, зависимый от Москвы. И, если получится - военно-морскую и военно-воздушную базу в порту Красноводск (нынешний Туркмен-баши).

Во-первых, необходимо всячески разворачивать экспорт туркменского газа в Китай.

Во-вторых, нам нужно умело играть на внутриполитических полях Туркмении (умный - поймет, каким образом).

Особая песня - налаживание взаимовыгодной газовой "оси" "Москва-Ашхабад".

Нужен новый газовый альянс с Туркменией - но уже в реалиях 2000-х годов. И затягиваение оной в международный газовый картель всеми правдами и неправдами.

В-третьих, необходимо срывать и затягивать переговоры по статусу Каспия, раздувая споры между Азербайджаном, Туркменией и Ираном. Так, чтобы как можно больше мешать реализации плана "Набукко".

Məqalələrin bötəv mətnləri:

1 April 2007

Xoş gördük

Bismillahi Rəhmani Rəhim.

Uzun zamandır bu proyekti həyata kecirmək arzusunda idim, amma vaxt qıtlığından heç cür başlaya bilmirdim. Uzun sözün qısası ... xoş gördük.

İlk olaraq sizi özum ilə tanış edim və blogun məqsədi və gələcək məzmunu haqqında deyim.

Mənim adımı blogun adresinden hər-halda bilirsiz.

Bu blogu, ilk öncə, jurnal formatında bir pəncərə kimi görürəm. Burdan Azərbaycana və Azərbaycandan buraya bir pəncərə. Azərbaycanın tarixi haqqında məqalələr, hal-hazırki vəziyyəti haqqında düşüncələr, gələcək perspektivlərinin təhlili, dünyada gedən proseslər və mənə maraqlı görünən məzmunlar. Bunları sizin ilə bölüşmək istəyirəm.

Məlumat əsasən Azərbaycan dilində olacaq, amma rus və ingilis dilində də maraqlı materialı sizdən gizlətməyəcəm.

Sizin fikirlərinizi də bilmək maraqlı olar. Buyurun hər bir məqaləyə öz cavabınızı-düşüncənizi yazın, maraqlı bildiyiniz məlumat ilə paylaşın.

Söz verirəm məktublarınızı cavabsız qoymayacam.

Hörmətlə,
H.Q.