Günün aktual məqalələri

Loading... Yüklənir...

1 April 2007

Xoş gördük

Bismillahi Rəhmani Rəhim.

Uzun zamandır bu proyekti həyata kecirmək arzusunda idim, amma vaxt qıtlığından heç cür başlaya bilmirdim. Uzun sözün qısası ... xoş gördük.

İlk olaraq sizi özum ilə tanış edim və blogun məqsədi və gələcək məzmunu haqqında deyim.

Mənim adımı blogun adresinden hər-halda bilirsiz.

Bu blogu, ilk öncə, jurnal formatında bir pəncərə kimi görürəm. Burdan Azərbaycana və Azərbaycandan buraya bir pəncərə. Azərbaycanın tarixi haqqında məqalələr, hal-hazırki vəziyyəti haqqında düşüncələr, gələcək perspektivlərinin təhlili, dünyada gedən proseslər və mənə maraqlı görünən məzmunlar. Bunları sizin ilə bölüşmək istəyirəm.

Məlumat əsasən Azərbaycan dilində olacaq, amma rus və ingilis dilində də maraqlı materialı sizdən gizlətməyəcəm.

Sizin fikirlərinizi də bilmək maraqlı olar. Buyurun hər bir məqaləyə öz cavabınızı-düşüncənizi yazın, maraqlı bildiyiniz məlumat ilə paylaşın.

Söz verirəm məktublarınızı cavabsız qoymayacam.

Hörmətlə,
H.Q.

2 comments:

Anonymous said...

Xeyirli olsun.

Anonymous said...

Sene ugurlar.Bu blokda xeyirli olsun.Memnuniyyetle bura baxacagiq.
Ramin